Qidalanma
Fevralda immuniteti gücləndirən ən faydalı
Qidalanma
28

Fevralda immuniteti gücləndirən ən faydalı meyvələr açıqlandı

Qışda immuniteti gücləndirən ən faydalı meyvələr açıqlandı.

E-saglam.az xəbər verir ki, bioloq Vitali Napolov bildirib ki, qışda çoxları C vitamini çatışmazlığı yaşayır, amma sitrus meyvələri – naringi, portağal, qreyfrut və pomelo – bu vitamini bədənə ən yaxşı şəkildə təmin edən qidalardır. Mütəxəssis vurğulayıb ki, sitrusların tərkibindəki C vitamini orqanizmi virus və bakteriyalardan qoruyur, immuniteti gücləndirir.

Napolov qeyd edib ki, xurma da qışın sonuna doğru ən faydalı meyvələrdəndir. Onlar C və A vitaminləri, B qrup vitaminləri, kalium və maqneziumla zəngindir. Xurma həm ürək-damar sisteminə, həm də həzmə müsbət təsir göstərir. Mütəxəssis gündə maksimum 2–3 xurma yeməyi tövsiyə edir.

Onun sözlərinə görə, qış həm də narın mövsümüdür. Nar C, P, B6 və B12 vitaminləri, eləcə də güclü antioksidantlarla doludur. Nar və nar şirəsi hemoqlobini artırır, qan təzyiqini tarazlayır, həzmi və maddələr mübadiləsini yaxşılaşdırır, immuniteti gücləndirir. Tərkibindəki lif, kalium və maqnezium isə soyuqdəymə və anemiyanın qarşısını almağa kömək edir.

Mütəxəssis həmçinin qış aylarında müxətlif alma növlərini istehlak etməyi məsləhət görür. Almanın tərkibində C, B, A, E və K vitaminləri, lif və antioksidantlar çoxdur. Bu meyvə həzmi normallaşdırır, xolesterolu azaldır, bədəni təmizləyir və aşağı kalorili olduğu üçün çəki idarəsinə kömək edir.

Napolov əlavə edib ki, banan da qışda əhval-ruhiyyə və enerji üçün faydalıdır. Onların tərkibində olan lif və pektin həzmi yaxşılaşdırır, B6 vitamini isə serotonin istehsalına dəstək olur. Bu da yorğunluq, yuxusuzluq və əsəb gərginliyi ilə mübarizədə kömək edir. Lakin bananın kalori dəyəri yüksək olduğundan miqdara diqqət etmək lazımdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun