""Fast food"ların zərərli olmasının başlıca səbəbi hazırlanmasında istifadə olunan qidaların dondurulub daha sonra düzgün olmayan yağlarda bişirilməsidir".
Bu barədə E-saglam.az-a açıqlamasında Xətai Tibb Mərkəzinin uzman terapevti Çinarə Səfərova deyib.
Bildirib ki, hazırlanmasında istifadə olunan yağlar gün ərzində 10-12 saat istifadə olunduğuna və bu yağların tərkibində çox dəyişikliklər getdiyinə göre yağın tərkibindəki E vitamini dağılır və bunun nəticəsində orqanizmdə xərçəng xəstəliyinin yaranması riski artır.
Terapevt deyib ki, bu qidaları qəbul etdikdə alınan lazımsız kalorilər orqanizmi yağlandırır, xolestrolun səviyyəsin qaldırır, qan damar sistemin zəiflədir, qanda şəkərin miqdarın tez bir zamanda qaldırır.
Ç.Səfərova qeyd edib ki, bu qidaları qəbul edərkən bədən lazım olan vitamini almadığına görə bədəndə A,C, eləcə də kalsium çatışmazlığı yaranır ki bu da ürəkdə, orqanizmin skelet sistemində, katarakta yeni göz xəstəliyinin yaranmasına səbəb olur.
Könül Oruc