Tibbi xəbərlər
Eyni anda bir neçə işlə məşğul olmaq
Tibbi xəbərlər
245

Eyni anda bir neçə işlə məşğul olmaq beyni zəiflədir

Birdən çox işi eyni anda yerinə yetirmək kənardan təsirli və məhsuldar görünə bilər. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu yanaşma beynin təbii iş prinsiplərinə ziddir və uzunmüddətli perspektivdə zehni performansa mənfi təsir göstərir.

E-saglam.az xəbər verir ki, müasir dövrdə məhsuldarlıq anlayışı çox vaxt “çoxlu tapşırıq” (multitasking) ilə eyniləşdirilir. İnsanlar gündəlik həyatlarında eyni anda həm elektron poçtlarını yoxlayır, həm layihələr üzərində işləyir, həm də telefonla danışaraq sənədləri redaktə etməyə çalışırlar. Bu davranış forması zamanla adiləşsə də, əslində beynin fəaliyyəti üçün yük yaradır.

Beyninizi həddindən artıq yükləməyin

Psixoloqlar multitaskingi əslində “tapşırıqlar arasında keçid” kimi izah edirlər. Beyin eyni anda bir neçə işi paralel aparmır, əksinə, bir işdən digərinə tez-tez keçərək fokusunu dəyişir. Bu da diqqətin dağılmasına və hər hansı bir tapşırığa tam konsentrasiya olunmamasına səbəb olur. Xüsusilə yüksək diqqət tələb edən işlərdə bu keçidlər səhvlərin artmasına gətirib çıxarır.

Səmərəlilik azalır, səhv ehtimalı artır

Multitasking öyrənmə qabiliyyətinə, dərin düşünməyə və ümumi məhsuldarlığa mənfi təsir göstərir. Araşdırmalar göstərir ki, dərs zamanı bir neçə işi eyni anda yerinə yetirən tələbələrin qiymətləri aşağı düşür, eyni zamanda ev tapşırıqlarını tamamlamaq üçün daha çox vaxt tələb olunur. 2018-ci ildə aparılan başqa bir araşdırmada isə avtomobil idarə edərkən başqa işlərlə məşğul olan insanların daha çox səhv etdikləri sübut edilib.

Mütəxəssislər bildirirlər ki, fokuslanmaq və bir işi tamamlamaq daha az enerji sərf etdirir, zehni daha az yükləyir və nəticədə daha yüksək keyfiyyətli iş ortaya çıxır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun