Tibbi xəbərlər
Eynəyi əvəz edəcək göz damcısı hazırlandı
Tibbi xəbərlər
584

Eynəyi əvəz edəcək göz damcısı hazırlandı

ABŞ-da FDA rəsmən yaxındangörmə problemi üçün Vuity göz damcılarını təsdiq edib.

E-saglam.az xarici KİV-ə istinadən bildirir ki, mütəxəssislər bu dərmanı göz xəstəlikləri müalicəsində inqilab hesab edir. Çünki müntəzəm olaraq bu damcını istifadə etdikdə oxumaq və komputerdə işləmək üçün yaxından yaxşı görmək məqsədilə eynək taxmağa ehtiyac qalmayacaq.

Dərmanın təsiredici maddəsi tibbə hələ XIX əsrdən məlumdur.

Bu damcı yaşlanma ilə bağlı presbiopiya xəstəliyi zamanı da effektivdir. Bəzi yaşlılar uzaqdan görməni qorusa da, yaxından yaxşı görmürlər. Buna qocalıq korluğu da deyilir.

Görmənin pisləşməyə doğru getdiyi yaş dövrü 42-45 yaşdır. Büllur elastiliyini itirir və yaxından nəyisə dəqiq görmək pisləşir.

Dünyada 1,8 milyard presbiopiyalı xəstə var. Onlar büllurda əməliyyat etməli, eynək taxmalıdır. Bu damcı dərman bəbəyi daraldır, bununla da pasiyentin yaxından görməsini yaxşılaşdırır. Uzaqdangörməyə isə təsir etmir. /Lent.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun