E-saglam.az yumurtaları düzgün saxlayaraq onların ömrünü uzatmaq üçün bəzi tövsiyələri təqdim edir:
Soyuducuda saxlayın
Yumurtaların ən yaxşı saxlanma şəraiti soyuducudur. Onları soyuducunun qapısında deyil, rəfində saxlayın. Soyuducunun qapısında temperatur dalğalanmaları olur, bu da yumurtaların təzəliyini azalda bilər. Yumurtaları soyuducuya qoymazdan əvvəl yuyulmamalıdır, çünki qabıqda qoruyucu film var və bu, onların daha uzun müddət təzə qalmasına kömək edir.
Orijinal qablaşdırmada saxlayın
Yumurtaları orijinal qablaşdırmasında saxlamaq daha yaxşıdır, çünki bu, onların su itirməsini azaldır və məhsulu yad qoxulardan qoruyur.
Qabıqları çatlamış yumurtaları saxlamayın
Çatlamış qabıqlı yumurtalar saxlanılmamalıdır, çünki bu, patogenlərlə çirklənmə riskini artırır.
Saxlama müddəti
-
Soyuducuda, 0-2 dərəcə temperaturda, yumurtalar 90 günə qədər saxlanıla bilər.
-
0-20 dərəcə arası temperaturda pəhriz yumurtaları 7 gün, süfrə yumurtaları isə 25 gün saxlanıla bilər.
-
Yuyulmuş yumurtalar 12 gündən çox saxlanmamalıdır.
-
Qabıqsız qaynadılmış yumurtalar 14 günə qədər saxlanıla bilər, lakin otaq temperaturunda cəmi iki gün saxlana bilər.
Yumurtaları təzə saxlamaq üçün nə etməli?
Yumurtaları sərin su ilə dolu bir konteynerə qoyun: Təzə yumurtalar dibdə qalacaq, köhnəlmişlər isə səthə çıxacaq. Bu üsulla onların təzəliyini asanlıqla yoxlaya bilərsiniz.
Yumurtaların düzgün saxlanması onların təravətini artırır və uzun müddət istifadəyə yararlı qalmasını təmin edir.
Tərcümə: Könül Oruc