Mütəxəssislər evdə mikrobların ən çox yayıldığı yerləri müəyyən ediblər. Təəccüblüdür ki, tualet bu siyahıya daxil deyil.
E-saglam.az xəbər verir ki, “Compare the Market” şirkətinin araşdırmasına görə, ən çirkli yer ventilyasiyadır – orada təxminən 2000 bakteriya qrupu aşkarlanıb.
İkinci yeri duş pərdələri və şüşələri tutur – 1921 mikrob qrupu ilə.
Daha sonra isə paltaryuyan maşının içi gəlir. Onun içərisində 1281 min parazit tapılıb. Mütəxəssislər ayda ən azı bir dəfə “baraban təmizləmə” funksiyasından istifadə etməyi tövsiyə edirlər.
Çaydanın sapı da mikroblarla doludur – 634 növ mikrob aşkarlanıb. Gündəlik istifadə və təmizlənməməsi səbəbindən buraya da diqqət yetirilməlidir.
Beşinci yeri qapı dəstəyi tutur. Evə girərkən əlimizlə toxunduğumuz üçün burada 503 bakteriya yığılır.
Maraqlısı odur ki, işıq düymələri və televizorun pultu bu siyahıda ən az mikrob olan yerlərdir. İşıq düymələrində yalnız 79, pultda isə 312 mikrob qrupu tapılıb.
Belə ki, evi təmizləyərkən yalnız görünən deyil, görünməyən yerləri də nəzərə almaq vacibdir.
Tərcümə: Könül Oruc