Yandex watch
Dünyanın ən çirkli əlləri olan xalqlar müəyyənləşdi -

Əl yuma əsas gigiyena təcrübəsi olsa da, Avropada əl yuma vərdişlərində böyük fərqlər var.

Emlakbazari.az

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, statista jurnalında dərc olunan Avropanın əl yuma vərdişləri ilə bağlı mövcud olan ən son məlumatlara görə, Hollandiyalıların yarısı tualetdən istifadə etdikdən sonra əllərini yumağa o qədər də əhəmiyyət vermir. “Euronews” araşdırma ilə bağlı məlumat yayıb.

İtalyanların 43 faizi tualetə getdikdən sonra əllərini sabunla yaxşıca yumaqdan imtina edir.

Siyahıda üçüncü yerdə tualetdən istifadə etdikdən sonra əllərini yumayanların 39 faizi ispanlar, üçüncü yerdə 38 faizlə fransızlar, 37 faizlə ruslar gəlir.

Siyahıda növbəti yerləri Avstriya və Latviya tutur, hər iki əhalinin 35 faizinin əsas əl yuma vərdişlərindən məhrum olduğu görünür.

Polyaklar əl yumağa gəldikdə daha yaxşı rekorda sahibdirlər. Ölkə əhalisinin 68 faizi tualetdən istifadə etdikdən sonra əllərini yuduğunu bildirir.

Həm Çexiyada, həm də Ukraynada əhalinin 71 faizi, Bolqarıstanda isə 72 faizi əllərini yuyur.

Siyahıda növbəti yerdə 73 faizlə İsveçrə, daha sonra 74 faizlə İrlandiya və 75 faizlə Böyük Britaniya gəlir.

Finlərin təxminən dörddə biri tualetdən istifadə etdikdən sonra əllərini yumağı sevmir, lakin 76 faizi əl gigiyenasına diqqət yetirir. Onları 78 faizlə Skandinaviya qonşusu İsveç izləyir. Bu, Almaniya və İslandiyanın da xalıdır.

80 faiz seqmentində əl gigiyenasına bir az daha ciddi yanaşan ölkələri görməyə başlayırıq.

Serbiyada əl yuma nisbəti yüzdə 83 olduğu halda, Rumıniyada yüzdə 84, Kosovoda isə bu nisbət portuqallar üçün eynidir.

Əl gigiyenasına çox ciddi yanaşan iki ölkə Bosniya-Herseqovina və Türkiyədir. Türkiyədə tualetə getdikdən sonra əllərin yuyulma nisbəti yüzdə 94-dür.

Lakin bosniyalılar bunu bir qədər də irəli aparır: Bosniya-Hersoqovinada əhalinin 96 faizi tualetə getdikdən sonra əllərini sabunla yaxşıca yuyur.

Tərcümə: Könül Oruc

E-saglam.az