Qidalanma
Energetik içkilərdən müntəzəm istifadə yuxunun keyfiyyətini
Qidalanma
169

Energetik içkilərdən müntəzəm istifadə yuxunun keyfiyyətini korlayır

Norveçin Bergen və Oslo universitetlərindən olan alimlər energetik içkilərdən tez-tez istifadənin (həftədə təxminən 2-3 banka) çətin yuxulama və gecə ayılmaları ilə bağlı olduğunu aşkarlayıblar.

E-saglam.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqatın nəticələri “British Medical Journal (BMJ) Open”də dərc olunub. Sınaqlarda 18-23 yaş arası 53266 norveçli tələbə iştirak edib. Onlar energetik içkilərdən necə tez-tez istifadə etmələri barədə məlumat təqdim ediblər. Alimlər iştirakçıların yuxu rejimləri, yuxulama ilə bağlı çətinliklər, gecə ayılmalarının tezliyi və gün ərzində əhvali-ruhiyyə barədə məlumatları da toplayıblar.

Nəticələr göstərib ki, həftədə 2-3 energetik içki içən kişilər ümumiyyətlə bu cür içki içməyənlər və ya onları çox nadir hallarda qəbul edənlərlə müqayisədə yuxusuzluqdan 35 faiz daha çox əziyyət çəkir və gecəyarısından sonra yatırlar, eyni zamanda, 52 faiz daha çox 6 saatdan az yatır və 60 faiz daha çox gecə vaxtı ayılırlar.

O da aşkar edilib ki, energetik içki həvəskarı olan qadınlar gecə saat 12-dən sonra 20 faiz daha çox yatırlar, 58 faiz daha çox 6 saatdan az yuxuya gedirlər, habelə 24 faiz daha çox gecə ayılmaları ilə qarşılaşırlar.

Qeyd olunur ki, tədqiqat müəllifləri gümrahlaşdırıcı içkilərin yuxusuzluq və yuxu ilə bağlı digər problemlər yaratdığını sübut etməyə çalışmırdılar. Bununla yanaşı, bu içkilərin əksəriyyətinin tərkibində böyük miqdarda şəkər və kofein var. Bu maddələrin stimullaşdırıcı effekti yuxunun keyfiyyətinə pis təsir göstərə bilər. /AZƏRTAC

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun