Diyetoloqlar Adiana Kastro və Loren Harris-Pinkus hansı çörək növünün ən az sağlam hesab edildiyini açıqlayıb.
E-saglam.az xəbər verir ki, mütəxəssislərə görə, incə üyüdülmüş yüksək keyfiyyətli undan hazırlanmış ağ çörək ən sağlam olmayan çörək növüdür. Kastro izah edir ki, bu unun tərkibində kəpək və buğda rüşeymi yoxdur, bu da onun lif tərkibini və tam taxıllarda olan qida maddələrini əhəmiyyətli dərəcədə azaldır.
Harris-Pinkus isə vurğulayır ki, təmizlənmiş undan hazırlanmış standart ağ çörək tərkibindəki yüksək karbohidrat miqdarı səbəbindən qan şəkərini kəskin şəkildə artıra bilər.
Diyetoloqlar şəkər və ya qarğıdalı siropu əlavə edilmiş ağ çörəyi xüsusilə zərərli hesab edirlər. Belə məhsullarda lif demək olar ki, yoxdur, kalori isə yüksəkdir - bu da zamanla çəki artımına və metabolik pozğunluqlara zəmin yaradır.
Tərcümə: Könül Oruc