Yandex watch
Ən əsəbi qan qrupu məlum oldu:

Qan qrupu ilə şəxsiyyət xüsusiyyətləri arasındakı əlaqə uzun illərdir müzakirə olunur. Yaponiyada 1920-ci illərdə populyarlaşan bu yanaşma, şəxsiyyətlərin qiymətləndirilməsi üçün maraqlı üsullardan biri hesab edilir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, tədqiqatlar göstərir ki, xüsusilə B (III) qan qrupu olan insanlar qəzəb və aqressiya kimi emosional reaksiyalara daha meyllidirlər.

III qan qrupu olan fərdlər stresli və rəqabətli mühitlərdə daha çox aqressivlik göstərə bilərlər. Bu insanlar stres faktorlarına digər qan qruplarına nisbətən daha həssasdırlar. Ətraf mühitdəki dəyişikliklər onların emosional tarazlığına təsir edə və emosional vəziyyətlərə səbəb ola bilər.

III qan qrupu olan şəxslər sosial təzyiqlərə daha çox reaksiya verirlər və bu, onların daxili münaqişə yaşamasına səbəb ola bilər. Bu insanlar bəzən səhv başa düşülə və özlərini tənha hiss edə bilərlər. Araşdırmalar bu qan qrupunun xüsusilə emosional dəyişikliklərə həssas olduğunu vurğulayır.

Eyni zamanda, onların ətraf mühitin təsirlərinə adaptasiya qabiliyyəti də diqqət çəkir. Mütəxəssislər B (III) qan qrupunun emosional həssaslıqla yanaşı, müsbət və güclü tərəflərinin də olduğunu bildirirlər. Onlar çətin vəziyyətlərə tez reaksiya vermək və dəyişən şəraitə uyğunlaşmaq bacarığına malikdirlər.

III qan qrupu ilə əlaqəli bu xüsusiyyətlər insan emosional reaksiyalarının nə qədər müxtəlif olduğunu göstərir. Bu mövzuda daha geniş tədqiqatlar qan qrupu ilə şəxsiyyət əlaqəsini daha dərindən anlamağa kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az