Yandex watch
Elm dünyasından yeni xoş xəbər:

Alimlər AP2A1 adlı zülal kəşf ediblər ki, bu da hüceyrə yaşlanmasını ləngidə, hətta geri qaytara bilir. Bu zülal yeni yaşlanma əleyhinə müalicələrə yol aça bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, elm dünyası qocalmanın əsas mexanizmlərini açacaq mühüm bir kəşf etdi. Osaka Universitetinin alimləri AP2A1 adlı zülalın qocalma prosesində mühüm rol oynadığını aşkar ediblər.

Son araşdırmalara görə, hüceyrələrdə AP2A1 zülalının bloklanması hüceyrə qocalması əlamətlərini yavaşlatmaqla hüceyrələrin cavanlaşmasına imkan verir. Tədqiqatçılar gənc hüceyrələrdə bu proteinin həddindən artıq istehsalının hüceyrə qocalmasını sürətləndirdiyini aşkar etdilər.

Laboratoriya mühitində aparılan təcrübələrdə əldə edilən bu tapıntılar qocalmanı bir növ gecikdirmək və hətta geri qaytarmaq üçün yeni müalicə üsullarının inkişafı üçün əhəmiyyətli bir qapı aça bilər. Alimlər AP2A1 zülalını idarə edərək qocalma prosesini dayandırmaq və ya geri qaytarmaq məqsədi daşıyan yeni müalicə üsulları üzərində işlərini gücləndiriblər.

Mütəxəssislər bu kəşfin qocalmanın təsirlərini azaltmaqla yanaşı, qocalma ilə bağlı xəstəliklərin müalicəsində inqilab yarada biləcək yeni üsullara da yol aça biləcəyini deyirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az