Əks göstəriş sertifikatı almaq üçün Bakıdakı Səbail rayonu, Bayıl qəsəbəsi 15 saylı poliklinikaya müraciət edən Könül Orucova mənfi cavab aldığı üçün Səhiyyə Nazirliyinə şikayət məktubu ilə müraciət etmişdi.
E-saglam.az xəbər verir ki, bu gün artıq əks-göstəriş sertifikatının verilməsi ilə bağlı yaşanılan problem nəhayət ki, öz həllini tapıb.
Belə ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsindən Könül Orucova ilə əlaqə saxlayaraq şikayətə baxıldığını və əks-göstəriş sertifikatının verilməsi ilə bağlı heç bir problemin olmadığını bildirib.
Qeyd edilib ki, yeni qərara əsasən uşağı olan analara əks-göstəriş sertifikatının verilməsi üçün artıq uşaq poliklinikasına müraciət etməyə ehtiyac yoxdur.
Əks-göstəriş sertifikatını almaq üçün, uşağın doğum haqqında şəhadətnamasi və ananın şəxsiyyət vəsiqəsi ilə böyüklər üçün olan poliklinikaya yaxınlaşıb müraciət etmək kifayətdir.
Şikayətə baxıldığı və anaların işini asanlaşdırdığı üçün Bakı Şəhər Baş Səhiyyə İdarəsinə və Səhiyyə Nazirliyinə saytımız adından təşəkkür edirik!