Yandex watch
Dostlar ürək xəstəlikləri riskini

Dostların olması insanın sağlamlığına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.

Emlakbazari.az

E-saglam.az-ın xəbərinə görə, Braziliyanın nüfuzlu San-Paulu Ürək İnstitutundan olan kardioloq Fabio Fernandes "Globo" nəşrinə müsahibəsində buna əminliyini ifadə edib.

Mütəxəssis müsahibədə sosial əlaqələrin heyrətamiz faydalarını açıqlayıb.

Fernandesin sözlərinə görə, dostluq ürək-damar xəstəliklərinin inkişaf riskini düz 50%-ə qədər azalda, həmçinin narahatlıq səviyyəsini də əhəmiyyətli dərəcədə aradan qaldıra bilər. "Tənha insanlar daha tez-tez depressiyadan və alkoqolizmdən əziyyət çəkirlər. Bundan əlavə, çətin anlarda onların qayğısına qalacaq sadəcə olaraq heç kim yoxdur", - deyə kardioloq vurğulayıb.

Fabio Fernandes qeyd edib ki, alimlər dostluğun insan orqanizminə faydalı təsirini artıq sübut ediblər. Hətta bir yaxşı dostun olması belə orqanizmdə stres hormonu olan kortizolun, həmçinin infarkt və insultun inkişafında əsas rol oynayan iltihablı zülalların səviyyəsini azaldır.

Kardioloq həmçinin xəbərdarlıq edib ki, tənhalıq hissi olan insanların siqaret çəkmə riski əhəmiyyətli dərəcədə artır ki, bu pis vərdiş ürəyə və qan damarlarına bərpası mümkün olmayan ziyan vurur. (oxu.az)

E-saglam.az