Qidalanma
Donuz ətini sevən amerikalının beynində qurd aşkarlanıb
Qidalanma

Donuz ətini sevən amerikalının beynində qurd aşkarlanıb

Donuz ətini (bekonu) sevən 52 yaşlı ABŞ sakininin beynində qurd aşkarlanıb.

E-saglam.az xəbər verir ki, bu barədə "American Journal of Case Reports" yazır. 

Qeyd olunur ki, kişi hər keçən gün daha da şiddətlənən miqren şikayətləri ilə xəstəxanaya müraciət edib. Müayinələr nəticəsində onun beyninin orqanın hər iki tərəfində kistalar əmələ gətirən donuz lent qurd sürfələri ilə yoluxduğu məlum olub.

Kişiyə neyrosistiserkoz diaqnozu qoyulub, bunun əsas səbəbi az bişmiş və çirklənmiş donuz ətinin istehlakıdır. Amerikalının az bişmiş donuz əti yemək vərdişindən xəbər verdiyi vurğulanır. Ona antiparazitar və iltihab əleyhinə preparatlarla müvafiq müalicə təyin olunub.

Qeyd edək ki, bundan əvvəl ABŞ-da bir blogerin videosuna baxış toplamaq xatirinə qurdlarla yoluxmuş balığı yediyi barədə məlumat yayılmışdı.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun