Dişlərimizi ən çox nə çürüdür?
Dişlərimizi ən çox nə çürüdür?

Dişlərimizi ən çox nə çürüdür?

Dişlərə zərər verən qidalar arasında şəkərli qidalar birinci gəlir.

E-saglam.az xəbər verir ki, şəkərli qidalarla yanaşı, şəkərli qazlı içkilər, şirələr, enerji içkiləri də dişlərin çürüməsinə yol açır.

Ağzımızda 700-dən çox bakteriya növü yaşayır, bəziləri faydalı, bəziləri isə zərərlidir. Zərərli bakteriyalar yeməkdən və içkidən aldığımız şəkərdən əmələ gəlir və şəkər vasitəsilə ağzımızda turşu əmələ gətirir. Bu turşu da zamanla dişlərimizdəki mineralları məhv edərək çürüməyə səbəb olur.
Ağız boşluğunun gigiyenasına diqqət etmədiyimiz zaman bu bakteriyalar çoxalır və dişlərin turşuluğunu artırır.

Dişlərimiz üçün zərərli olan qidalar arasında saqqız da var. Saqqız kimi qidalar dişlərin arasındakı boşluqlara yerləşə bilər. Bu o deməkdir ki, zərərli bakteriyalar bu şəkərli qidalarda çoxalır və biz onları qəbul etdikdən bir neçə saat sonra da turşu əmələ gətirir.

Həkimlər dişləri gündə ən azı iki dəfə fırçalamağı və müntəzəm müayinələrə getməyi məsləhət görürlər.

E-saglam.az