Yandex watch
Dırnaqları belə kəsmənin böyük təhlükəsi var:

Dırnaqların düzgün kəsilməsi gigiyena və sağlamlıq üçün vacibdir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, çox qısa kəsilən dırnaqlar infeksiya, dırnaq batması və dırnaq yatağının zədələnməsinə səbəb ola bilər.

Yanlış dırnaq kəsmənin fəsadları

Dırnaq yatağı zədələnə bilər – Həddindən artıq qısa kəsildikdə dırnaq yatağı açıq qalır, bu da infeksiya riskini artırır.

İnfeksiya və göbələklər çoxala bilər – Yanlış kəsmə mikro zədələr yaradır, bakteriyaların yayılmasına şərait yaradır.

Dırnaq batması problemi yarana bilər – Xüsusilə ayaq dırnaqlarında batma, şişlik və ağrıya səbəb ola bilər.

Dırnaqların təbii quruluşu pozula bilər – Daimi qısa kəsmə dırnaqların formasının dəyişməsinə və qeyri-sağlam uzanmasına gətirib çıxara bilər.

Sağlam dırnaqlar üçün onları düz və çox qısa olmadan kəsmək, küncləri dərin kəsməmək və qayçıları dezinfeksiya etmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az