Daxili xəstəliklər üzrə mütəxəssis Andrey Kondraxin bildirib ki, dərmanların qəbulunda istifadə olunan maye onların effektivliyinə birbaşa təsir göstərə bilər. Onun sözlərinə görə, xüsusilə qazlı su ilə həblərin qəbul edilməsi tövsiyə olunmur.
E-saglam.az xəbər verir ki, həkim izah edir ki, qazlı içkilərdəki karbon qazı mədədə əlavə qaz və hava boşluqları yarada bilər. Bu isə tabletin həll prosesini və aktiv maddələrin sorulmasını ləngidə və ya pozaraq müalicə effektivliyini azalda bilər. Bəzi hallarda dərmanın təsiri zəifləyərək gözlənilən nəticəni verməyə bilər.
Kondraxin qeyd edib ki, dərmanların əsasən adi içməli su ilə qəbul edilməsi daha təhlükəsiz və effektiv hesab olunur. Çay, qəhvə və müxtəlif meyvə içkiləri də dərmanlarla kimyəvi reaksiyaya girərək onların təsirini dəyişə bilər.
Mütəxəssis əlavə edib ki, düzgün qəbul qaydalarına əməl edilmədikdə dərmanın orqanizmdə sorulma sürəti dəyişə və müalicə nəticələri zəifləyə bilər. Buna görə də istehsalçının tövsiyə etdiyi qaydada, kifayət qədər su ilə qəbul vacibdir.
Tərcümə: Könül Oruc