Yandex watch
Dəridən immunitetə qədər...

Yulaf, sağlam qidalanma deyildikdə ilk ağla gələn super qidalardan biridir. Tərkibindəki zəngin vitamin və minerallarla bədəni gücləndirir, dəri və saç sağlamlığını dəstəkləyir, həm də mətbəxdə istifadə baxımından olduqca praktikdir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, xüsusilə pəhriz saxlayanların və sağlam həyat tərzinə üstünlük verənlərin menyusunda tez-tez yer alan yulaf, müxtəlif formada istehlak oluna bilər.

Yulaf B1, B3, B5 və B6 vitaminləri ilə yanaşı, fosfor, maqnezium, dəmir, sink və kalsium baxımından da zəngindir. Bu elementlər sayəsində orqanizmə enerji verir, immuniteti gücləndirir və günə enerjili başlamaq üçün ideal səhər yeməyi seçimidir. Tərkibindəki beta-qlükan maddəsi immun sistemini dəstəkləməklə yanaşı, ürək-damar sağlamlığını qoruyur, bədəni toksinlərdən təmizləməyə kömək edir və pis xolesterini aşağı salır.

Yulaf, qan şəkərini balansda saxlamaq baxımından da vacib rol oynayır, bu səbəbdən diabet xəstələrinin menyusunda da yer alır. Həzm sisteminə də müsbət təsir edən bu qida, bağırsaq fəaliyyətini tənzimləyir və qəbizlik problemlərinin qarşısını alır.

Dərinin quru, qaşınan və qızarmış hissələrinə yaxşı gələn yulaf maskaları da təbii dəriyə qulluq vasitəsi kimi istifadə olunur. Eyni zamanda sızanaq və dərialtı iltihablara qarşı təsirlidir. Saçlara da faydalı olan yulaf, saçların daha parlaq və sağlam görünməsinə kömək edir.

Bazarlarda yulafın müxtəlif növlərinə rast gəlmək mümkündür. Yulaf kəpəyi, iri dənəli yulaf, Şotlandiya yulafı, yulaf əzməsi və yulaf unu kimi formaları mövcuddur. Yulaf əzməsi, ən çox istifadə edilən növdür və tez hazırlanan, doyurucu səhər yeməyi kimi məşhurdur. Yulaf unu isə çörək, peçenye və tort kimi xəmir məhsullarının hazırlanmasında istifadə olunur.

Mətbəxdə yulafın ən praktik istifadəsi sıyıq şəklindədir. Süd və ya su ilə bişirilmiş yulaf əzməsinə meyvə, bal, kakao və darçın əlavə etməklə həm dadlı, həm də sağlam səhər yeməyi hazırlamaq mümkündür. Bundan əlavə, yulafdan hazırlanan peçenyelər və evdə hazırlanan qranola kimi qəlyanaltılar da sağlam qidalanma üçün əla alternativdir.

Yulafın bir qida kimi bu qədər qiymətli olmasının səbəbi, həm faydalı, həm də çevik istifadəyə malik olmasıdır. Sağlam həyat yolunda yulafı menyunuza əlavə etmək üçün bir səbəb axtarırsınızsa, artıq 10-dan çox səbəbiniz var.

Tərcümə: Könül Oruc

E-saglam.az