Sağlamlıq
Demansı inkişaf etdirən 3 əsas amil
Sağlamlıq

Demansı inkişaf etdirən 3 əsas amil

E-saglam.az xəbər verir ki, bu barədə Oksford Universitetinin professoru və nevroloqu Qvenael Duo danışıb.

Duo qeyd edib ki, ilkin olaraq demans riskini potensial olaraq artıran 15 amil nəzərə alınıb: "Qan təzyiqi, xolesterin, şəkərli diabet, artıq çəki olub-olmamaq, alkoqol qəbulu, siqaret, depressiya, xroniki iltihab, çirklənmə, eşitmə kəskinliyi, yuxu keyfiyyəti, sosiallaşma, pəhriz keyfiyyəti, fiziki fəaliyyət və təhsil".

Yaşı 45-dən yuxarı olan insanların 40.000-dən çoxunun beyin skanını öyrənildikdən sonra, beynin demansda dəyişən hissələrinin degenerasiyasına ən çox təsir edən yalnız üç amil müəyyənləşib. Professorun sözlərinə görə, diabet, çirkli hava və alkoqol demansı yaradan üç əsas səbəbdir. 

Professor əlavə edib ki, o və həmkarları beynin müəyyən hissələrinə təsir edən və şizofreniya, Alzheimer və Parkinson xəstəliklərinin inkişafı ilə əlaqəli olan bir neçə genomik variasiya da aşkar ediblər.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun