E-saglam.az xəbər verir ki, körpələrdə qida borusu ilə mədə arasındakı əzələ hələ tam inkişaf etmədiyi üçün mədə turşusu asanlıqla yuxarı qayıda bilər. Mədənın kiçik olması, uzun müddət uzanmış vəziyyətdə qalmaq, sürətli və ya həddindən artıq qidalanma da reflüyə səbəb ola bilər. Bundan əlavə, erkən doğulan və inək südü zülalına qarşı allergiyası olan körpələrdə risk daha yüksəkdir.
Əgər körpəniz tez-tez qusur, kilo almır, narahatdırsa və ya yuxuya getməkdə çətinlik çəkirsə, bu halların araşdırılması vacibdir. Eyni zamanda tez-tez ağzına yemək gəlməsi, qidalanma zamanı ağlama, udqunma çətinliyi, ağız qoxusu, öskürək, səs batması və ya başını arxaya atması kimi simptomlar da reflüyə işarə edə bilər.
Nə zaman həkimə müraciət etməli?
Əgər körpədə hər yeməkdən sonra qusma, çəki itirmə, fışqıraraq qusma, qidalanmanı rədd etmə, öskürək, nəfəs darlığı, qana bulaşmış qusuntu varsa, mütləq mütəxəssisə müraciət edilməlidir.
Dr. Çətin qeyd edir ki, bəzi hallarda əlavə testlər (məsələn, endoskopiya, pH ölçümü) lazım ola bilər. Reflü düzgün müalicə edilməzsə, bu hal inkişaf geriliyi, anemiya və qidalanma fobiyası kimi problemlərə səbəb ola bilər.
Reflünü azaltmaq üçün tövsiyələr:
Körpəni az və tez-tez qidalandırmaq, yemək zamanı dik tutmaq, yeməkdən sonra 20-30 dəqiqə dik vəziyyətdə saxlamaq və qaz çıxarmağı unutmaq tövsiyə olunur. Eyni zamanda, inək südü allergiyası şübhəsi varsa, mütləq həkim məsləhəti ilə mama dəyişdirilməlidir.
Könül Oruc