Türkiyədə Ticarət Nazirliyinin apardığı yoxlamalar nəticəsində “Serra Plastik” brendinə məxsus “çəkib-açılan maşın” oyuncağında təhlükəli kimyəvi maddə – ftalat aşkar edilib. Məhsul dərhal bazardan yığışdırılıb və satışdan çıxarılıb.
E-saglam.az xəbər verir ki, ftalatlar plastikləri elastikləşdirmək üçün istifadə olunsa da, insan sağlamlığı üçün ciddi risk yaradır. Mütəxəssislər bu maddələrin hormonal pozğunluğa, məhsuldarlığın azalmasına və bəzi hallarda sonsuzluğa səbəb ola biləcəyini bildirirlər. Bəzi növlərinin xərçəng riski yaratdığı da qeyd olunur.
1999-cu ildən Avropa İttifaqında və Türkiyədə uşaq oyuncaqlarında istifadəsi qadağan olunmasına baxmayaraq, bazarda bu maddəni daşıyan məhsullara hələ də rast gəlinir.
Nazirlik vətəndaşları diqqətli olmağa çağıraraq, adıçəkilən oyuncağın evdə tapıldığı halda dərhal kənarlaşdırılmasını tövsiyə edib.
Tərcümə: Könül Oruc