Faydalı
Daha yaxşı yatır, konsentrasiyası artıb... Səbəb isə pəhrizindən
Faydalı

Daha yaxşı yatır, konsentrasiyası artıb... Səbəb isə pəhrizindən bir şeyi çıxarmasıdır

Vogue Germany jurnalisti Desire Oostland 8 həftə ərzində işlənmiş şəkəri pəhrizindən çıxararaq yuxusunun, enerjisinin və konsentrasiyasının yaxşılaşdığını müşahidə edib.

E-saglam.az xəbər verir ki, əvvəlcə şəkərdən imtina etmək çətin gəlsə də, şəkərsiz qəhvə, matcha çayı və qırmızı meyvəli qatıq kimi alternativlər taparaq bu prosesə uyğunlaşıb. Bir həftə sonra yorğunluq azalıb, zehni aydınlıq artıb, səhərlər yüngüllük hissi yaranıb.

O, həmçinin yuxusunun daha keyfiyyətli olduğunu və həzm sisteminin yaxşılaşdığını deyir. Arıqlamaq məqsədi olmasa da, yağ kütləsində azalma müşahidə edib. Bu təcrübə şəkərin maddələr mübadiləsindəki böyük rolunu bir daha sübut edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun