Yandex watch
Çox həssas bir insan olduğunuzu göstərən 3 əlamət:

1996-cı ildə Dr. Elaine Aron tərəfindən təqdim edilən "yüksək həssaslıq" (HSP) anlayışı, insanın ətraf mühitin stimullarına və digər insanların əhval-ruhiyyəsinə daha həssas olduğu bir vəziyyət kimi izah olunur. Mütəxəssislər insanların yüzdə 15-20-nin bu xüsusiyyətə malik olduğunu, lakin daha yeni araşdırmalarda bu nisbətin təxminən yüzdə 30-a qədər artdığını bildirmişlər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Jenn Granneman və Andre Solo tərəfindən yazılmış kitabda yüksək həssas insanların ən kiçik detalları fərq etmə qabiliyyətinə sahib olduqları və ətrafdakı hər şeyi dərindən qavrayan insanlar olduğu ifadə edilir.

Yüksək emosional intensivliyə malik olan bu insanlar sosial əlaqələrdən sonra özlərini yorğun hiss edə bilərlər. Onlar həmçinin incəsənət, musiqi və təbiətlə qarşılıqlı əlaqədə olan dərin emosional strukturlara malikdirlər.

Klinik psixoloq Mary Kate Roohan üç ən ümumi HSP simptomunu təsvir edir:

"Yüksək həssas insanlar xarici dünyanı digər insanlara nisbətən daha dərindən hiss edirlər. Bu vəziyyət səsə və işığa qarşı həssaslığa səbəb ola bilər. Yüksək həssas insanlar, ictimai tədbirlərdə, izdihamlı iş yerlərində və ya səs-küylü restoranlarda özlərini daha çox narahat və yorğun hiss edə bilərlər.

Hətta kiçik bir film səhnəsi də çox həssas insanları göz yaşlarına səbəb ola bilər. Çox həssas insanlar bəzən emosional dərinliklərinə görə duyğularından qaçmağa meylli ola bilərlər, lakin onların emosiyalarından qaçmaq insanı uzun müddətdə həyatdan qopmuş hiss edə bilər. Emosional dərinliyi qəbul etmək və bu hisslərlə barışmaq yüksək həssas fərdlərin daha sağlam həyat sürməsinə kömək edə bilər.

Bəzi insanlar sosial qarşılıqlı əlaqədə inkişaf edərkən, yüksək həssas fərdlər fasilə verməlidirlər. Ünsiyyətdən sonra özlərini yorğun hiss edə və bir müddət tək vaxt keçirmək istəyə bilərlər. Bu, bir növ onların sinir sistemi ehtiyaclarını bərpa etməkdir".

Araşdırmalar yüksək həssas insanların empatiya, yaradıcılıq və sosial bacarıqlar baxımından güclü olduqlarını ortaya qoyur. Psixologiya bu gün mütəxəssislər yüksək həssaslığın pis xüsusiyyət olmadığını bildirir və dünyanın belə insanlara ehtiyacı olduğunu vurğulayırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az