Faydalı
Çox adam bunu edir, amma zərərlərindən xəbərsizdirlər -
Faydalı

Çox adam bunu edir, amma zərərlərindən xəbərsizdirlər - Görün hansı fəsadlara yol açır

Məlum olub ki, təmizlik üçün istifadə edilən qulaq çöpləri tıxanmaya və eşitmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər.

E-saglam.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ankara Universitetinin Tibb Fakültəsinin müəllimi, qulaq, burun və boğaz xəstəlikləri üzrə mütəxəssis Emre Ocak xəbərdarlıq edib.

Onun sözlərinə görə, qulaq öz-özünü təmizləyən orqandır. O, qulağı əlavə vasitələrlə təmizləməyin xeyirdən çox ziyan olduğunu bildirib:

"Yayda günəşə çıxdığımız zaman dərimiz soyularaq yeniləndiyi kimi, xarici qulaq kanalı da özünü təmizləyə bilir. Qulaq çöpü istifadə edən insanlar qulaqlarını təmizlədiklərini zənn edirlər. Bu, sadəcə görünən hissəni təmizləyir, lakin kirin çox hissəsini qulaq kanalına doğru itələyir. Qulaq içəridən özünü təmizləməyə çalışarkən, kənardan belə bir təsir gələndə qulaq kiri içəridə toplanır və tıxanma yaranır”.

E. Ocak bunun qulağa müxtəlif zərərlər verdiyini qeyd edib: "Bu, xarici qulaq kanalını qanadaraq infeksiyaya səbəb ola bilər. Bəzi insanlarda hətta qulaq pərdəsini deşərək eşitmə qabiliyyətinin itirilməsinə gətirib çıxarır. Qəti şəkildə istifadə etməyi məsləhət görmürəm”.

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun