Tibbi xəbərlər
COVID-19-un yenidoğulmuşlara təsiri öyrənilib
Tibbi xəbərlər
267

COVID-19-un yenidoğulmuşlara təsiri öyrənilib

Böyük Britaniyadan olan tədqiqatçılar anadan keçən koronavirus infeksiyasının yeni doğulmuş uşağın immunitet sisteminə təsirini müəyyən ediblər

Mütəxəssislər xəstə olan (PCR testləri doğuşdan ən azı iki həftə əvvəl keçirilmiş) və ya artıq COVID-19-da sağalan 30 ananın yeni doğulmuş uşaqlarının sağlamlığını qiymətləndiriblər. İlk uşaqların təbii qatil hüceyrələri və bəzi T hüceyrələrinin daha yüksək olduğu ortaya çıxıb. Hər iki qrupdan olan yeni doğulmuşlarda plazma sitokinləri - kiçik məlumat molekulları yüksəlib, bu da tədqiqatçıların fikrincə, anada olan infeksiyanın yenidoğanın immun sistemindəki dəyişikliklərə təsir etdiyini göstərir.

Anaların uşaqlarına SARS-CoV-2 əleyhinə anticismləri plasentadan keçirərək passiv immunitet ötürdükləri də ortaya çıxıb. Bu, hamiləliyin erkən mərhələlərində COVID-19-dan əziyyət çəkən qadınlarda xüsusilə nəzərə çarpıb. Tədqiqatçılar virusun özünün anadan uşağa keçib-keçmədiyini öyrənməyi planlaşdırırlar./oxu.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun