Qan dəyərləri xəstəliyin ağırlığından, gedişatından asılı olaraq dəyişir.
E-saglam.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mütəxəssisi Yavər Hacısoy bildirib ki, hazırda ÜST-nin tövsiyəsinə görə COVID-19 xəstəliyinin təqibində bəzi göstəricilər nəzarətdə saxlanılmalıdır.
Bura aşağıda sadalanan testlər daxildir:
- Qanın ümumi analizi,
- Eritrositlərin çökmə sürəti (EÇS),
- C-reaktiv zülal,
- Ferritin,
- D-dimer,
- Laxtalanma dəyərləri,
- Xəstəliyin ağırlığından asılı olaraq prokalsitonin, IL-6 və s.
Hər birimizin sağlamlığı üçün vaksinasiya günümüzdə şərtdir. Pandemiyaya son qoymaq və normal həyatımızı daha tez bərpa etmək üçün peyvəndlənmədən başqa çıxış yolumuz yoxdur.