Xəstəliklər
COVID-19-dan ölənlər artacaq - ÜST-dən xəbərdarlıq
Xəstəliklər
216

COVID-19-dan ölənlər artacaq - ÜST-dən xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxma hallarının getdikcə artdığını qeyd edərək, yaxın həftələrdə dünya ölkələrində koronavirusdan ölüm hallarının daha da artacağı barədə xəbərdarlıq edib.

Bu barədə E-saglam.az xarici mətbuata istinadən xəbər verir.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus yeni yoluxma hallarının sayının son 6 həftədə demək olar, iki dəfə artdığını vurğulayıb. "COVID-19-dan ölüm hallarının sayı yoluxmaların sayı qədər sürətli olmasa da, artmaqdadır. Artan yoluxmalar qarşıdakı həftələrdə xəstəxanalara daha çox yerləşdirmə və ölüm hallarını gözləyə biləcəyimiz anlamına gəlir", - o deyib.

Qebreyesus bildirib ki, son həftələrdə qeydə alınan yoluxma hallarının artımında COVID-19-un hansı ştamının təsirli olduğunun bilinmir. "Bu artımın səbəbi artıq bildiyimiz və ya tamamilə yeni bir variant ola bilər", - o əlavə edib.

COVID-19-un yeni ştamının əvvəlkilərdən daha təsirli olacağını vurğulayan Qebreyesus bildirib ki, bütün ölkələr buna hazır olmalıdır. “Epidemiya ilə mübarizə imkanlarını azaldan ölkələr böyük risklərlə üzləşirlər", - o, xəbərdarlıq edib.

"Xəstəxanalar hələ dolu olmasa da, indi bütün ölkələrin virusa nəzarət, immunitet, işçi qüvvəsi, təchizatdakı boşluqları doldurmasının vaxtıdır", - Qebreyesus vurğulayıb./ Report

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun