Qidalanma
Çirkab içində pendir istehsal edən müəssisə AŞKARLANDI
Qidalanma

Çirkab içində pendir istehsal edən müəssisə AŞKARLANDI

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Mirzəxan Qaraqoyunlu kəndində yerləşən, fiziki şəxs Rüstəmov İsmayıl Rüstəm oğluna məxsus pendir istehsalı müəssisəsində yoxlama keçirib.

Qurumdan E-saglam.az-a verilən məlumata görə, yoxlama zamanı sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərin tələblərinə cavab vermədiyi, habelə istehsal prosesində texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi, hazır məhsulların üzərində heç bir etiketləmə aparılmadan satışa təqdim edildiyi aşkar edilib. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb, müəssisə rəhbəri məsuliyyətə cəlb edilib.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun