Bir paket kartof çipsi açanda paketin işinin 90 faizinin hava olduğunu görmək insanlarda əsəbilik yarada bilir, lakin bəzi qəlyanaltı paketlərinin şişirdilməsi, sən demə, səbəbsiz deyilmiş.
E-saglam.az Ölkə.Az-a istinadən xəbər verir ki, çips paketləri niyə bu qədər çox hava ilə doldurulmasının əsas səbəbi isə ilkin olaraq onların daşınma zamanı əzilməsinin qarşısını almaqdır (bu bir növ hava yastığı rolunu oynayır). İkincisi, paketdəki qaz atmosfer təzyiqindəki dəyişikliklərə uyğunlaşır. Bu, çipslər müxtəlif hündürlüklərdə daşındıqda xüsusilə vacibdir. Təzyiq fərqləri bağlamaların şişməsinə və ya çökməsinə səbəb ola bilsə də, paketin içindəki qaz bu təsirləri tarazlaşdırır.
Digər bir məqam isə ondan ibartədir ki, çips paketləri adi hava əvəzinə azot qazı ilə doldurulur. Azot çipsləri oksigendən daha uzun müddət təzə saxlayır. Oksigen çipslərdəki yağların və nişastaların oksidləşməsinə səbəb olur ki, bu da çipslərin köhnəlməsinə və yumşaq olmasına səbəb olur. Azot bu oksidləşmənin qarşısını alır və çipsləri daha uzun müddət təzə və xırtıldayan saxlayır. Bu, elmi araşdırmalarla da sübut edilib. Azot həm də qeyri-reaktiv, qoxusuz və qida qablaşdırmasında istifadə üçün təhlükəsiz bir qazdır.