Psixologiya
Cinsi istəksizliyin az bilinən psixoloji səbəbləri nələrdir? -
Psixologiya
605

Cinsi istəksizliyin az bilinən psixoloji səbəbləri nələrdir? - Psixoloq açıqladı

Son zamanlarda ən aktual problemlərdən biri cinsi istəksizlikdir (və ya cinsi zəiflik). Bu, cəmiyyətimizdə çox zaman danışılmaqdan çəkinilən, gizlədilən və tabu sayılan bir mövzudur. Halbuki bu hal təkcə fiziki bir pozuntu deyil – çox vaxt psixoloji köklərə və digər problemlərə dayanır.

Bu sözləri E-saglam.az-a açıqlamasında Psixoloq Minəxanım Əliyeva deyib.

O bildirib ki, bu bir xəstəlik deyil – bu bir siqnaldır. "Cinsi istəksizlik bir "problemin özü" deyil, bir şeylərin yolunda getmədiyinin siqnalıdır. Bəzən bu bədəninizin, bəzən ruhunuzun, bəzən isə münasibətinizin sizə “dinlənməyə ehtiyacım var” demə formasıdır. İnsan öz bədənini, duyğularını və kimliyini qəbul edə bilmədikdə, bu, onun münasibətlərində, xüsusilə də cinsi həyatında öz əksini tapır. Bu da zamanla həm fərdin psixoloji rahatlığını pozur, həm də münasibətlərdə dərin çatlar yaradır".

M.Əliyeva bildirib ki, cinsi zəifliyin (ereksiya problemi, libido azlığı və ya orqazm çətinliyi kimi) psixoloji səbəbləri çoxşaxəlidir və fərddən-fərdə dəyişə bilər: "Aşağıda ən yayılmış psixoloji səbəbləri qeyd edirəm:

- stress və gərginlik,

- depressiya,

- anksiyete,

- özünə güvən problemi,

- münasibət problemləri".

Psixoloq hesab edir ki, bu səbəbdən cinsi istəksizlik problemini yalnız bir simptom kimi deyil, onun arxasında yatan daha dərin psixoloji qatlarla birlikdə dəyərləndirmək lazımdır. Əsas hədəf yalnız problemi müalicə etmək deyil – insanın özünü dərk etməsi, öz dəyərini anlaması və həyatla sağlam bağ qurmasıdır".

M.Əliyeva onu da qeyd edib ki, bir çox insan bu problemi “vaxtla keçər”, “öz-özünə düzələr” deyə düşünür. Amma unutmayın: susmaq problemi böyüdür, danışmaqsa şəfa gətirir". 

Əgər burda sadalanan bir neçə problem sizdə də varsa psixoloq dəstəyi ala bilərsiniz.

E-saglam.az

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun