Tibbi xəbərlər
Ceff Bezos qocalmanın müalicəsi üçün milyardlarla dollar sərmayə ayırıb
Tibbi xəbərlər
352

Ceff Bezos qocalmanın müalicəsi üçün milyardlarla dollar sərmayə ayırıb

“Amazon” şirkətinin qurucusu Ceff Bezos qocalma əleyhinə “Alto Labs” adlı startapa 3 milyard ABŞ dolları sərmayə ayırıb.

Bu barədə “Report” “The Sunday Times”a istinadən xəbər verir.

Nəşr qeyd edib ki, startap artıq 59 yaşlı Hal Barronu icraçı direktor vəzifəsi üçün öz sıralarına cəlb edib. O, əvvəllər Britaniyanın “GlaxoSmithKline” əczaçılıq şirkətinin baş elmi işçisi olub.

Layihədə həmçinin Nobel mükafatı laureatları Sinya Yamanaka (pluripotent kök hüceyrələrin əldə edilməsinə görə fiziologiya və tibb üzrə mükafat) və Cennifer Dudnanın (genomun redaktəsi metodunun işlənib hazırlanmasına görə kimya üzrə mükafat) da iştirak edəcəyi bildirilir.

Qeyd edilir ki, alimlər nəticəyə gedən yolda hüceyrələrin yenidən proqramlaşdırılması prosesini - onların kök vəziyyətinə qayıtmasını öyrənməyi planlaşdırırlar.

Nəşr vurğulayıb ki, layihənin uğurunu təmin etmək hələ tezdir, lakin ehtimala görə, tədqiqatçılar qocalmanın qarşısının alınması sahəsində yeni kəşflər edə biləcəklər.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun