Cəfəri təkcə yeməklərə ləzzət qatmaqla qalmır, həm də sağlamlıq üçün olduqca faydalıdır. Xüsusilə çiy halda çeynədikdə bir çox müsbət təsiri var.
E-saglam.az cəfərinin faydalarını təqdim edir:
1. İmmuniteti gücləndirir
Yüksək C vitamini tərkibi sayəsində immunitet sistemini möhkəmləndirir və xəstəliklərə qarşı bədəni qoruyur.
2. Həzm sistemini dəstəkləyir
Həzm problemlərini azaldır, mədəni rahatladır və həzmi asanlaşdırır.
3. Toksinləri təmizləyir
Xlorofil tərkibi bədəndən toksinləri çıxararaq maddələr mübadiləsini sürətləndirir.
4. Böyrəkləri dəstəkləyir
Sidikqovucu təsiri ilə artıq maye və toksinlərin bədəndən atılmasına kömək edir.
5. Ağız sağlamlığını qoruyur
Ağız qoxusunu azaldır, antibakterial xüsusiyyətləri ilə diş ətlərini qoruyur və dişlərin təbii təmizlənməsinə kömək edir.
Cəfərini gündə bir dəfə çeynəmək ümumi sağlamlığınızı yaxşılaşdıra və sizi daha enerjili hiss etdirə bilər.
Tərcümə: Könül Oruc