Yandex watch
Cəfəri və şüyüdün birgə istifadəsi -

Cəfəri və şüyüd birlikdə istifadə edildikdə xərçəngin qarşısını alan "Qlaziovianin A" adlı maddə əmələ gəlir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu maddə bədəndə şiş yaranmasının qarşısını alır və sağlamlığa mühüm töhfə verir.

Şüyüd tərkibində fosfor, maqnezium, A və C vitaminləri, kalium, kalsium, dəmir və sink kimi minerallar ehtiva edir. Bir çimdik şüyüd böyüklərin gündəlik C və A vitamini ehtiyacının böyük hissəsini ödəyir.

Şüyüd həzm problemlərini aradan qaldırır, ağız qoxusunu azaldır və ana südünü artırmağa kömək edir. Körpələrdə və uşaqlarda qaz ağrılarının qarşısını almaq üçün də istifadə olunur.

Cəfəri immunitet sistemini gücləndirərək iltihabi xəstəliklərə qarşı qoruyucu təsir göstərir. Astma tutmalarını yüngülləşdirmək və bronxları açmaq üçün cəfəri suyu faydalıdır. Cəfəri revmatizm və oynaq ağrılarını azaltmağa kömək edir. İltihab və infeksiyalara qarşı təsirli bir qida mənbəyidir. Damar sağlamlığını qoruyaraq infarkt riskini azaldır.

Müntəzəm cəfəri istehlakı həzm sistemi, döş və prostat xərçəngi riskini azaltmağa kömək edir.

Cəfəri tərkibindəki apigenin adlı maddə güclü antioksidant xüsusiyyətlərə malikdir. Bu maddə iltihabları azaldaraq xərçəngə qarşı qoruyucu təsir göstərir.

Şüyüd və cəfərinin birgə istifadəsi sağlamlığımıza hərtərəfli müsbət təsir göstərir.

Tərcümə: Könül Oruc

E-saglam.az