Prof. Dr. Canan Karatay, qəhvə və yağın birləşməsinin sağlamlığa faydalı olduğunu vurğulayıb.
E-saglam.az xəbər verir ki, bu qarışıq, ürək sağlamlığı, arıqlama və beyin funksiyalarını dəstəkləyir.
Yağlı qəhvənin faydaları:
Ürək sağlamlığına təsiri: Yağlı qəhvə, ürək xəstəliklərindən qoruyur və insult, 2-ci tip diabet riskini azaldır.
Yağ yandırmağı sürətləndirir: Kərə yağı, maddələr mübadiləsini sürətləndirərək yağları daha sürətli yandırmağa kömək edir, bu da arıqlamağa yardımçı olur.
Toxluq hissi təmin edir: Kərə yağı və qəhvə, aclıq hissini azaldaraq daha uzun müddət tox qalmağınızı təmin edir.
Beyin sağlamlığına təsiri: Yağlı qəhvə, idrak qabiliyyətini dəstəkləyərək yaşa bağlı zəiflikləri qarşısını ala bilər.
Yağlı qəhvə necə hazırlanır?
1 stəkan suya 1 çay qaşığı qəhvə və 1 çay qaşığı duzsuz kərə yağı əlavə edin.
Qarışığı yaxşıca qarışdırın.
Qəhvəni aşağı istilikdə bişirin və köpüklənəndə stəkana tökün.
Bu içki xüsusilə səhərlər enerji verir və gün ərzində sizi sakit saxlayır.
Tərcümə: Könül Oruc