Zeytun yağı əsrlər boyu şəfa mənbəyi kimi istehlak edilən ən sağlam yağlardan biridir. İmmunitet sistemini gücləndirən və ürək sağlamlığını qoruyan bu yağ da Canan Karatayın tövsiyələri arasındadır. Məşhur həkim deyir ki, bu qarışığı hazırlamaqla zeytun yağının təsirini 5 dəfə artıra bilərsiniz.
E-saglam.az xəbər verir ki, Canan Karatay çörəyi zeytun yağına batıraraq istehlak etməyin sağlamlığa faydalarını açıqlayıb. Lakin zeytun yağını müəyyən ədviyyatlarla qarışdırdıqda onun təsirini 5 dəfə artırmaq olar. Bəs, zeytun yağının faydalarını artıran bu qarışım necə hazırlanmalıdır?
Tələb olunan məhsullar
* Zeytun yağı
* 2 budaq təzə kəklikotu
* 1 acı qırmızı bibər
* 1 acı sarı bibər
* 4 diş sarımsaq
Qarışığı hazırlamaq üçün ilk növbədə bir şüşə qab lazımdır. Zeytun yağını əvvəlcədən hazırlayacağınız qaba 1-2 budaq təzə kəklikotu, dilimlənmiş isti qırmızı və sarı bibər və 3-4 diş soyulmuş sarımsağı qoyun. Qapağı möhkəm bağlayın və istifadədən əvvəl 1-2 gün dayanmasına icazə verin.
Qarışığın tərkib hissəsi olan sarımsaq və kəklikotu bədəninizin müqavimətini artıra bilər. Qrip və soyuqdəyməyə qarşı qorunma təmin edir. Saysız-hesabsız faydaları olan zeytun yağı damarları təmizləyərək infarkt riskini azaldır. Əlavə etdiyiniz bibərlər də qan dövranını sürətləndirərək ürək-damar xəstəliklərinin qarşısını ala bilər.
Arıqlamaq istəyənlər üçün uyğun olan bu qarışığın tərkibindəki acı bibər bədən istiliyini artıraraq yağ yandırılmasını sürətləndirə bilər. Ac qarına istehlak edildikdə bağırsaqları aktivləşdirir və qəbizliyin qarşısını ala bilir.
Bu qarışığı mütəmadi olaraq istehlak etdikdə özünüzü daha enerjili hiss edəcəksiniz və bədəninizin xəstəliklərə qarşı daha davamlı olduğunu görəcəksiniz. Hər gün 1 çay qaşığı içərək və ya Canan Karatayın dediyi kimi çörəyinizi batıraraq istehlak edə bilərsiniz.
Son zamanlar artan ürək-damar xəstəliklərinin qarşısını almaq və sağlamlığınızı qorumaq üçün belə təbii üsulları dəyərləndirmək faydalı ola bilər. Təbii ki, mülayim şəkildə istehlak edilməlidir.
Tərcümə: Könül Oruc