Faydalı
Canan Karataydan yeni təklif:
Faydalı

Canan Karataydan yeni təklif: Faydasını eşidənlər alıb evində depolayır

Canan Karatay, bu dəfə şərqin vazkeçilməz ədviyyatlarından biri olan sumaqdan bəhs edib.

E-saglam.az-ın verdiyi məlumata görə, sumaq, həm yeməklərdə, həm də çay kimi istifadə edildikdə sağlamlığa bir çox fayda təmin edir. Arzu edənlər onu qatıqla qarışdırıb yeyə, istəyənlər isə çayını dəmləyib isti içə bilər.

Sumaq, antioksidantlar, antosiyaninlər və flavonoidlər ilə zəngindir, bu da bədəni sərbəst radikallardan qoruyur və qocalmanı gecikdirir. Ayrıca, iltihab əleyhinə təsir göstərir, oynaq ağrılarına və revmatizmə kömək edir. Həzm sisteminə də müsbət təsir edərək qaz və şişkinliyi azaldır.

Sumaq, insulin müqavimətini azaldaraq qan şəkərinin tənzimlənməsində də faydalıdır və ürək sağlamlığını qorumağa kömək edir. Ayrıca, xolesterin səviyyəsini tarazlaşdırır və qan təzyiqini aşağı salır.

QEYD: Yüksək təzyiqi olan şəxslərin isə sumaq istifadəsini ehtiyatla etmələri tövsiyə olunur.

Sumaq çayı hazırlamaq çox asandır: bir stəkan qaynadılmış suya bir çay qaşığı təzə sumaq əlavə edib 5 dəqiqə dəmləmək kifayətdir. İstədiyinizdə kəklikotu yağı da əlavə edə bilərsiniz.

Bununla yanaşı, sumaq yağ parçalayıcı təsiri ilə arıqlama prosesini dəstəkləyir, amma onu balanslı şəkildə istifadə etmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun