Yandex watch
Canan Karatay yorğunluğa və xəstəliklərə qarşı

Sağlam qidalanma üzrə mütəxəssis Prof. Dr. Canan Karatay mövsüm dəyişikliyində yayılma riski artan xəstəliklərə qarşı immuniteti gücləndirən, eyni zamanda gözəlliyə və enerji artımına töhfə verən təbii bir qida barədə danışıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Karatayın fikrincə, tahin (küncüt əzməsi) sağlamlığın əvəzolunmaz açarlarından biridir.

Tahin ürək sağlamlığını dəstəkləyir və insult riskini azaldır

Tahin tərkibindəki zəngin minerallarla damar sistemini qoruyur, qan axınını yaxşılaşdırır, infarkt və insult riskini azaldır. Kalsium və maqnezium baxımından yüksək olduğu üçün qan təzyiqini tarazlaşdırmaqda da rol oynayır.

Təbii enerji mənbəyi və yorğunluğa qarşı güclü dəstək

Ənənəvi təbabətdə əsrlərdir istifadə olunan tahin-limon qarışığı fiziki enerjini artırır. Yorğunluq, qan azlığı və ümumi halsızlıqdan əziyyət çəkənlər üçün təbii alternativ sayılır.

Dəri və saç sağlamlığı üçün faydalıdır

B qrupu vitaminləri, sink və lizinlə zəngin olan tahin dəri hüceyrələrinin yenilənməsini sürətləndirir, elastikliyi qoruyur və yaşlanma əlamətlərini gecikdirir. Saçların parlaq və sağlam görünməsinə də dəstək olur.

Yaddaşı gücləndirir, sinir sistemini qoruyur

Omeqa-3 və Omeqa-6 yağ turşuları ilə zəngin olan tahin sinir hüceyrələrinin fəaliyyətini dəstəkləyir və yaddaş üzərində müsbət təsir göstərir. Müntəzəm qəbul zehni çeviklik və diqqət üçün faydalı ola bilər.

Xolesterolu tənzimləyir, ürəyə faydalıdır

Tahin pis xolesterolu azaldaraq ürək-damar sisteminə müsbət təsir göstərir. Tərkibindəki oleik və linoleik turşular ürək xəstəliklərinin qarşısının alınmasında əhəmiyyətlidir.

Vegetarianlar üçün mühüm dəmir mənbəyi

Tahin fosfor, kalium, dəmir, maqnezium və kalsium kimi mühüm minerallarla zəngindir. Ət istehlak etməyənlər üçün təbii dəmir qaynağı kimi tövsiyə olunur.

Həzm sistemini tənzimləyir

Yüksək lif tərkibi bağırsaq hərəkətlərini stimullaşdıraraq qəbizlik riskini azaldır və həzmi asanlaşdırır.

Ölçülü istifadə vacibdir

Tahin yüksək kalorili olduğu üçün gün ərzində ölçülü şəkildə istifadə olunmalıdır. Çəki nəzarəti aparanlar porsiyalara xüsusi diqqət yetirməli, allergiyası olan şəxslər isə istifadə etməzdən əvvəl mütəxəssis məsləhəti almalıdırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az