Faydalı
Canan Karatay "təbii antibiotik" dedi və israr etdi:
Faydalı

Canan Karatay "təbii antibiotik" dedi və israr etdi: Qrip və soyuqdəyməni yox edir

Soyuq aylarda qrip, soyuqdəymə və bronxit halları artarkən, Canan Karatay immuniteti gücləndirmək üçün sirkənin faydalarına diqqət çəkir.

E-saglam.az xəbər verir ki, o, sirkənin təbii antibiotik olduğunu vurğulayaraq, "Vücudunuzu xəstəliklərdən qorumaq üçün səhər-axşam sirkə için" məsləhətini verir.

Alma sirkəsinin üstünlükləri

Alma sirkəsi antioksidantlarla zəngindir və immuniteti gücləndirə bilər. Araşdırmalar onun bakteriyaları məhv etmək, iltihabı azaltmaq və qan şəkərini tənzimləməkdə təsirli olduğunu göstərib.

Digər faydaları

Ağır çəkidən qurtulmağa kömək edir: Sirkə iştahı azaldaraq və toxluq hissi təmin edərək çəki idarəsində faydalıdır.

Xolesterolu tənzimləyir: Pis xolesterolu (LDL) azaldıb, yaxşı xolesterolu (HDL) artırır və ürək-damar sağlamlığını dəstəkləyir.

Dəriyə faydalıdır: Asetik turşu cildin pH tarazlığını qoruyur və səpki yaranmasının qarşısını ala bilər.

Canan Karatayın tövsiyəsinə görə, sirkəni gündəlik qidalanmanıza daxil etmək həm immunitetinizi gücləndirə, həm də ümumi sağlamlığınızı yaxşılaşdıra bilər.

Qeyd edək ki, söhbət təbii şəkildə evdə hazırlanan alma sirkəsindən gedir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun