Faydalı
Bunu içənlər xəstələnməyəcək!
Faydalı

Bunu içənlər xəstələnməyəcək! Canan Karatay gizli reseptini paylaşdı

E-saglam.az xəbər verir ki, sumaq Yaxın Şərq və Aralıq dənizi mətbəxində geniş istifadə edilən, antioksidantlarla zəngin bir ədviyyatdır. Onun tərkibindəki flavonoidlər və fenolik turşular orqanizmi sərbəst radikallardan qoruyaraq immun sistemini gücləndirir. Həmçinin iltihab əleyhinə təsiri sayəsində revmatizm kimi oynaq problemlərinə qarşı faydalıdır.

Bağırsaq hərəkətlərini sürətləndirərək həzmi yaxşılaşdıran sumaq, eyni zamanda qan şəkərinin tənzimlənməsinə kömək edərək insulin müqavimətini azalda bilər. Ürək-damar sağlamlığını dəstəkləyən bu ədviyyat qan təzyiqini tarazlaşdırır və xolesterin səviyyəsini aşağı sala bilir.

Bəzi araşdırmalara görə, sumağın tərkibindəki komponentlər xərçəng hüceyrələrinin inkişafını yavaşlada bilər. Eyni zamanda antibakterial və antifungal xüsusiyyətlərə malik olduğu üçün immuniteti gücləndirir və infeksiyalara qarşı qoruyucu təsir göstərir.

Bununla belə, sumaq həddindən artıq istehlak edilməməlidir. Xüsusilə yüksək təzyiq problemi olanlar ondan az istifadə etməlidir. Çünki sumaq qan təzyiqini artıra bilər və sürətli kilo itkisinə səbəb ola bilər.

Sumaq çayı hazırlamaq üçün bir stəkan qaynar suya bir çay qaşığı sumaq əlavə edilib 5 dəqiqə dəmlənməlidir. Daha ləzzətli etmək üçün kəklikotu yağı da əlavə edilə bilər. Çay süzüldükdən sonra isti şəkildə içilə bilər. Sumax həmçinin salat və yeməklərə əlavə edilərək istehlak oluna bilər.

Qeyd: Sağlamlıq problemləri olanların isə istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməsi tövsiyə edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun