
Artıq çəki ilə vidalaşmaq sadəcə ağır idman proqramlarına bağlı deyil. Bəzi qidalar maddələr mübadiləsini sürətləndirərək bədəninizin təbii yağ yandırma gücünü artırır və sizi daha uzun müddət tox saxlayır. Bu proses həm dadlı, həm də effektiv ola bilər.

E-saglam.az xəbər verir ki, yaşıl çay tərkibindəki antioksidantlarla (xüsusilə katexinlərlə) yağların parçalanmasına kömək edir və enerji səviyyəsini artırır. Avokado isə sağlam yağları və lif tərkibi ilə aclıq hissini azaldır və uzunmüddətli toxluq təmin edir. Səhərlər yulafla başlamaq bağırsaqları hərəkətə gətirir və gün ərzində iştahı idarə edir.
Yeməklərdə istifadə olunan zeytun yağı təkcə ürək sağlamlığı üçün deyil, yağ mübadiləsinin sürətlənməsi üçün də əvəzolunmazdır. Kiçik, lakin təsirli çia toxumları isə lif və omeqa-3 ilə həzmi asanlaşdırır və uzunmüddətli toxluq yaradır.
Aşağı kalorili və antioksidantla zəngin yaban mersini, qəfil şəkər böhranlarının qarşısını alır. Darçın qanda şəkərin səviyyəsini tarazlayaraq ani aclıq hisslərini tənzimləyir. Şirin istəklərindən tamamilə imtina etməyə isə ehtiyac yoxdur — tünd şokolad, tərkibindəki kakao sayəsində şirinliyi nəzarətdə saxlayır və porsiya qaydalarına riayət etdikdə yağ yanmasını dəstəkləyir.
Nəticə olaraq, arıqlamaq üçün aclıq çəkmək deyil, bədəni doğru və balanslı şəkildə qidalandırmaq əsasdır. Sizi incəldən güc bəzən bir fincan yaşıl çayda, bəzən isə bir çimdik darçındadır.
Tərcümə: Könül Oruc