Qidalanma
Bu yeməkləri bişirdikdən 1 gün sonra yemək olmaz -
Qidalanma
317

Bu yeməkləri bişirdikdən 1 gün sonra yemək olmaz - SİYAHI

Yemək damaq dadı ilə bağlı olduğu qədər həm də sağlamlıq məsələsidir. Yəqin ki, çoxları artıq gələn və ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Mütəxəssislərin fikrincə, onların hamısı zərərli deyil, lakin bəziləri xəstəlik riski altındadır.

E-saglam.az bir gün qaldıqdan sonra sağlamlığınıza mənfi təsir edə biləcək yeməkləri təqdim edir:

Şorbalar və qızartmalar

Artıq qaldıqda sabaha saxlanılan bu qidaların tərkibində xəstəliklərə səbəb olan zərərli maddələr əmələ gələ bilər.

Düyü

Dünəndən qalan düyü yeməkləriniz, düyü tarlalarından gələn və hətta bişsə belə sağ qala bilən toksin istehsal edən "Basilus cereus” bakteriyalarına ev sahibliyi edə bilər.

Kartof, tuna, yumurta salatı

Stafilokok kimi bakteriyalar açıq halda, otaq temperaturunda satılan, əl dəyən qidalarda böyüməyi sevirlər. Bu səbəbdən otaq temperaturunda təzə görünməyən salatlardan uzaq durmaq daha yaxşıdır.

Hamburger

Tək bir ət parçası emal zamanı çirkləndikdə, adətən yalnız xarici səth çirklənir və bu, bakteriyaların öldürülə biləcəyi temperaturda bişirilir. Lakin qiymə ətindən hazırlanan burgerlərə gəlincə, hər şey fərqlidir.

Qıyılmış ətdə müxtəlif heyvanların əti olduğu üçün səth bakteriyaları burgerin az bişmiş hissələrində yaşaya biləcək şəkildə yayılır. Qəribədir ki, yeyə biləcəyiniz ən təhlükəsiz burgerlər, yəqin ki, fast-food şəbəkələrində hazırlananlardır.

Çünki bu restoranlar qida vasitəsişə yoluxucu xəstəliklərin minimuma endirilməsi üçün nəzərdə tutulmuş sistemlərdən istifadə edirlər.

Kütləvi istehsal üsulu ilə hazırlanan ərzaq məhsulları

Yeməyə nə qədər çox əl toxunursa və restoranda hazırlıq prosesi nə qədər mürəkkəb olarsa, qida yoluxucu xəstəliklərin yaranma ehtimalı bir o qədər çox olur.

Pasterizasiya olmamış süd məhsulları

Yoluxmuş heyvanın və ya ətraf mühitin südü çirkləndirə bilməsi üçün bir çox ehtimal var. Pasterizasiya bakteriyaları öldürür. Lakin çiy süd və pendir emal olunmadığı üçün risklidir.

///Baku.ws

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun