ABŞ alimləri araşdırma apararaq belə qənaətə gəliblər ki, tənbəllik insanın yüksək intellektinin əlaməti ola bilər.
E-saglam.az xəbər verir ki, bu barədə "LADBible" yazıb.
Florida Gulf Coast Universiteti tərəfindən aparılan bir araşdırma yüksək IQ-ya sahib insanların aşağı IQ-ya sahib olan insanlardan daha az fiziki aktiv olduqlarını göstərib.
Mütəxəssislərin fikrincə, daha ağıllı insanlar zehni fəaliyyətlə daha çox məşğul olurlar, lakin fiziki fəaliyyət zamanı o qədər də məhsuldar deyillər.
Bundan əlavə, tapıntılar göstərib ki, yüksək IQ-ya malik insanlar intellektual fəaliyyətə çox vaxt sərf etdikləri üçün daha az darıxırlar.
Bununla belə, elm adamları tədqiqatda yalnız 60 nəfərin iştirak etdiyi üçün tapıntıları çox geniş şəkildə ümumiləşdirməyib.(doktormedia)