Psixologiya
Bu xüsusiyyət ölüm riskini 53% azaldır -
Psixologiya

Bu xüsusiyyət ölüm riskini 53% azaldır - Alimlər izah etdilər

E-saglam.az xəbər verir ki, BMJ Mental Health jurnalında dərc olunan araşdırmada 50 yaşdan yuxarı 10.569 nəfərin məlumatları 12 il ərzində izlənilib. Bu müddətdə 3489 nəfər həyatını itirib.

Psixoloji dözümlülük nədir?

Alimlər psixoloji dözümlülüyü qətiyyət, sakitlik, məqsəd hissi, özünə inam və çətinliklərin öhdəsindən gəlmə bacarığı ilə ölçüblər. Dözümlülüyü yüksək olan şəxslərin ölüm ehtimalı digərlərinə nisbətən 53% daha az olub.

Zehni möhkəmlik ömür uzunluğuna necə təsir edir?

Araşdırma psixoloji möhkəmliyin qadınlarda daha qabarıq olduğunu göstərib. Bu xüsusiyyətin həyat boyu dəyişə biləcəyi və sosial dəstək, müsbət emosiyalar kimi amillərlə inkişaf etdirilə biləcəyi vurğulanıb.

Səbəb-nəticə əlaqəsi tam təsdiqlənməyib

Tədqiqat genetik faktorları və uşaqlıq travmalarını nəzərə almır. Xərçəng, ürək xəstəlikləri və qeyri-sağlam həyat tərzi kimi amillər nəzərə alındıqda, bu fərq 53%-dən 38%-ə düşüb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun