Mədə-bağırsaq traktının pozğunluğu olan insanlar çiyələk yeməyi dayandırmalıdırlar.
E-saglam.az xəbər verir ki, diyetoloq Natalya Lazurenko bu giləmeyvənin bəzi insanlar üçün təhlükələrindən danışıb.
Lazurenkonun sözlərinə görə, gündə 200 qramdan çox olmadan çiyələk yeyə bilərsiniz. Eyni zamanda, çiyələk yeyən zaman pəhrizinizdə zülallar, karbohidratlar və sağlam yağlar da olmalıdır.
Bununla belə, diyetoloq qeyd edib ki, çiyələk iltihabi prosesləri və mədə-bağırsaq xəstəlikləri olan insanlar üçün kontrendikedir. Allergiyanız varsa, ümumiyyətlə çiyələk yeməyin.
Tərcümə etdi: Könül Oruc