Xəstəliklər
Bu xəstəliklərdən əziyyət çəkənlərə 4 milyon manat ayrıldı - Əməliyyatlar pulsuz olacaq
Xəstəliklər
381

Bu xəstəliklərdən əziyyət çəkənlərə 4 milyon manat ayrıldı - Əməliyyatlar pulsuz olacaq

"Dövlət büdcəsinin xərclərində dəyişiklik zərurəti yaranıb. Dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin səsləndirdiyi təkliflər hökumət tərəfindən ilkin təhlil edilib".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin tapşırığı ilə eşitmə və ürək qüsurlu insanların müalicəsi üçün 4 milyon manat vəsait ayrılıb: "Bu məsələlər Maliyyə Nazirliyi və Səhiyyə Nazirliyinin birgə iştirakı ilə dəqiqləşdiriləcək. Növbəti ildən dövlət büdcəsi hesabına eşitmə və ürək qüsurlu insanların əməliyyat ediləcək".

Mənbə: milli.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun