
Əgər yumurtanın təzə olub-olmadığını anlamaqda çətinlik çəkirsinizsə, bu üsul sizi zəhərlənmədən qoruyacaq. Bayat yumurtaları ayırd etməyi asanlaşdıran su testi budur...

E-saglam.az xəbər verir ki, bayat yumurtaları ayırd etməyi asanlaşdıran su testini təqdim edir
Bir qabı soyuq su ilə doldurun və içinə yumurta atın. Yumurta qabın dibinə batırsa, təzədir və istehlak etmək təhlükəsizdir.
Dik dayanırsa və ya suyun ortasında üzürsə, yenə də yeməli olur, lakin tez bişirilməsi məsləhətdir. Yumurta suyun səthində qalırsa, bu onun təzəliyini itirdiyini və atılmalı olduğunu göstərir.
Bunu yumurtanın içərisində zamanla böyüyən hava cibinin olması ilə izah etmək olar. Ancaq unutmayın ki, suya batırılmış yumurta dərhal istehlak edilməlidir; çünki su qabığın qoruyucu təbəqəsini zəiflədə və bakteriyaların daxil olmasını asanlaşdıra bilər.
Su testindən əlavə, yumurtanın qırıldığı zaman görünüşü də onun təzəliyi haqqında ipucu verir. Təzə yumurtanın qalın, sıx ağı olan yuvarlaq bir sarısı var. Daha az təzə yumurtada ağ hissəsi daha maye, sarısı isə yastı olur. Həmçinin, xoşagəlməz və ya kükürdlü bir qoxu yumurtanın xarab olmasına işarədir.
Yumurtaların təravətini qorumaq üçün onları orijinal qablaşdırmada, sabit temperaturda və soyuducuda saxlamaq məsləhətdir. Yumurtaların yuyulması qabığın təbii qoruyucu təbəqəsini çıxara və onların bakteriyalara qarşı həssaslığını artıra bilər. Buna görə də yumurtaları yuyulmadan saxlamaq vacibdir.
Bu sadə üsullarla siz yumurtalarınızın təzəliyini yoxlaya, qida zəhərlənməsinin qarşısını ala və israfı azalda bilərsiniz.
Tərcümə: Könül Oruc