
Bəziləri dadına vurğundur, bəziləri isə bir qurtum belə içməz. Amma mütəxəssislər deyir ki, gündə bir stəkan sadə mineral su sağlamlığınız üçün əsl dəstək ola bilər.

E-saglam.az xəbər verir ki, şəkərsiz və təbii formada qəbul edilən mineral su təkcə sərinlik gətirmir, həm də bir sıra vacib funksiyaları yerinə yetirir.
Onun tərkibindəki kalsium və maqnezium orqanizm tərəfindən asan mənimsənir, bu isə ürək və sümük sağlamlığını dəstəkləyir. Yeməkdən sonra içilən bir stəkan mineral su həzm sistemini rahatlaşdırır, mədədəki narahatlığı və şişkinliyi azaldır.
Daimi istifadəsi əzələ spazmlarını azaldır, bədəni nizamlayır, dərinin nəm balansını qoruyur, və pH səviyyəsini tənzimləyir. Eyni zamanda, böyrəklərin fəaliyyəti üçün faydalıdır, daşların əmələ gəlməsinin qarşısını alır. Araşdırmalar həmçinin onun ürək sağlamlığını dəstəklədiyini və baş ağrılarını yüngülləşdirdiyini göstərir.
Sadəcə bir stəkanla bədəni təmizləmək, canlandırmaq və qorumaq mümkündür. Amma unutmayın: faydalı olan hər şeyin miqdarı da vacibdir. Mineral suyu ləzzət qatılmadan, təbii halında və müntəzəm şəkildə istehlak edin. Sağlamlıq bu qədər sadə də ola bilər.
Tərcümə: Könül Oruc