Xəstəliklər
Bu şəxslər koronavirusa təkrar yoluxduqda ağır keçirir - Baş infeksionist
Xəstəliklər
202

Bu şəxslər koronavirusa təkrar yoluxduqda ağır keçirir - Baş infeksionist

Adətən koronavirusa təkrar yoluxma hallarına çox az rast gəlinir və təkrar xəstələnmə bir qayda olaraq əvvəlkindən yüngül keçir, lakin xəstəliyi ağır vəziyyətdə keçirənlər də var. Bu çox güman ki, həmin şəxsdə immun sisteminin zəif olması və ya yanaşı xroniki xəstəliklərlə əlaqədardır.

E-saglam.az-ın məlumatına görə, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, mutasiya olmuş virusların orqanizmdə mövcud anticisimlərdən yalnız müəyyən qədər yayınmasının mümkünlüyünü nəzərə alaraq bu qaydanı digər mutasiya olmuş ştammlarla da təkrar yoluxma hallarına aid etmək olar:

“Təbii ki, mutasiya olunmuş ştamma qarşı əmələ gələn anticisimlər cüzi olaraq əvvəlkilərdən fərqlənə bilər. Lakin bunu hazırda istifadə etdiyimiz rutin seroloji testlər aşkar etmir”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun