Bu qidaları bananla birlikdə YEMƏYİN
Bu qidaları bananla birlikdə YEMƏYİN

Diyetoloqlar bananı yoqurt və digər fermentləşdirilmiş süd məhsulları ilə yeməyin həzm problemlərinə səbəb olduğunu açıqlayıblar.

E-saglam.az xarici mətbuata istinadən xəbər verir ki, şokolad və digər desertlərlə banan yemək kilo, diş çürüməsi və şəkər xəstəliyinə səbəb olur.

Bananı qəhvə ilə birləşdirmək qan təzyiqinin artmasına və ürək ritminin pozulmasına səbəb ola bilər. Bananın tərkibində çoxlu kalium var ki, bu da ürəyə təsir edir, kofein isə onun təsirini artırır.

Həmçinin banan spirtlə birləşdirilməməlidir. Bu, yüksək qan qlükoza səviyyəsinə, ürək bulanmasına, baş ağrısına və susuzluğa səbəb ola bilər. Banan spirtin mərkəzi sinir sisteminə təsirini gücləndirir.

Bundan əlavə, banan sitrus meyvələri (portağal, qreypfrut, naringi, limon) ilə uyğun gəlmir. /lent.az

E-saglam.az