
Amerika Birləşmiş Ştatları Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) tərəfindən aparılan araşdırma göstərib ki, böyüklərin əksəriyyətinin ürək yaşı bioloji yaşından orta hesabla 7 yaş böyükdür.

E-saglam.az xəbər verir ki, bu, ürək xəstəlikləri riskini artırsa da, mütəxəssislər ürəyin cavan qalması üçün bəzi qidaların xüsusi rol oynadığını vurğulayırlar.
Onlardan biri də edamamedir (yaşıl soya paxlası). Bu möcüzəvi qida tərkibindəki maqnezium, kalium və fol turşusu ilə ürək sağlamlığı üçün olduqca faydalıdır. Bu minerallar qan təzyiqini tənzimləyir, damarları qoruyur və ürək xəstəlikləri riskini azaldır.
Soya paxlası eyni zamanda yüksək miqdarda liflə zəngindir. Bu liflər bədəndə LDL – yəni “pis xolesterolu” azaltmağa kömək edir, qandakı zərərli yağların səviyyəsini aşağı salaraq ürəyi qoruyur.
Lids Universitetində aparılan araşdırmalar göstərib ki, gündəlik lif qəbulunun hər 7 qram artırılması ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər. Bu da soya paxlası kimi liflə zəngin qidaların ürək sağlamlığı baxımından nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir.
Tərcümə: Könül Oruc